Göygöldə reyd - 15 sürücü barədə protokol tərtib edildi

Göygöldə reyd - 15 sürücü barədə protokol tərtib edildi

Hazırda oxunan: Göygöldə reyd - 15 sürücü barədə protokol tərtib edildi

80202

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər çərmivəsində rayon ərazisində reydlər təşkil olunub.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən, dövlət qeydiyyat nişanı olmadan və ya sərxoş halda hərəkətdə olan sürücülərin nəqliyyat vasitəsiləri saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.  

Polis əməkdaşları qayda pozuntusuna yol verən gənclərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyini çatdırıblar.

Monitorinq zamanı 15-ə yaxın sürücü barəsində inzibati tədbir görülüb, bir nəfər barəsində isə protokol tərtib olunaraq məhkəməyə göndərilib.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO