Bu marşrutların hərəkətində gecikmələr var

Bu marşrutların hərəkətində gecikmələr var

Hazırda oxunan: Bu marşrutların hərəkətində gecikmələr var

80194

Bu gün səhər pik saatlarında Bakı-Sumqayıt şossesində şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobusların intervalında gecikmələr var. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Vahid Dispetçer Xidmətinin məlumatına əsasən qeyd olunan marşrut xətləri üzrə ümumilikdə avtobuslar 10-12 dəqiqə gecikmə ilə hərəkət edirlər.

Trend.az-ın məlumatına görə, bununla əlaqədar qeyd olunan marşrut xətləri üzrə 20 Yanvar dairəsi də daxil olmaqla hərəkət sxemi boyunca dayanacaqlarda sərnişin sıxlığı müşahidə olunmaqdadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO