Siyəzən rayonunun Səbuhi Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəbinin buiĺki məzunu buraxılış və qəbul imtahanlarında 611,8 bal toplayaraq, bir əsr yaşı olan məktəbin tarixində ilk dəfə yüksək nəticə əldə edib.
Məktəbin tədris işləri üzrə direktor müavini Səbinə Güləliyeva bu barədə Bizim.Media-ya açıqlama verib.
Onun sözlərinə görə, birinci qrup üzrə 611 bal toplayan Dinarə Cavid qızı Quliyevanın bu göstəricisi nəinki məktəb üzrə, Siyəzən rayonu üzrə yeganə göstəricidir:
"Sadə bir ailənin övladı olan Dinarənin bu uğuru 100 illiyini sentyabrda qeyd edəcəyimiz məktəbimizin tarixində ilk hadisədir."
Səbinə Güləliyeva məlumat verdi ki, Dinarə Quliyeva 611 balla da kifayətlənmir, o iyul ayında DİM-in keçirəcəyi şans (yay) imtahanında da qüvvəsini bir daha sınamaq fikrindədir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 20.06.2022
100 yaşlı məktəbin tarixində ilk
Hazırda oxunan: 100 yaşlı məktəbin tarixində ilk
Hazırda oxunan: 100 yaşlı məktəbin tarixində ilk
80134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.