Bakının yeni binalarındakı BU TƏHLÜKƏ faciələrə səbəb olacaq – EKSPERT 

Bakının yeni binalarındakı BU TƏHLÜKƏ faciələrə səbəb olacaq – EKSPERT 

Hazırda oxunan: Bakının yeni binalarındakı BU TƏHLÜKƏ faciələrə səbəb olacaq – EKSPERT 

80102

Son vaxtlar paytaxt və digər iri şəhərlərdə çoxmənzilli binalarda baş verən  yanğınların söndürülməsində ciddi problemlər yaranır. Gah yanğınsöndürənlər mənzildə baş verən yanğına çətinliklə müdaxilə edir, gah da yanğınsöndürmə maşınları su götürmək üçün hadisə yerindən xeyli uzaq əraziyə getmək məcburiyyətində qalır. 

Baş Plana baxan yoxdur

Bizim.Media məsələ ilə bağlı ekspertlərlə söhbət aparıb. Müsahiblər birmənalı şəkildə bildiriblər ki, bu problemin kökündə şəhərlərdə inşaat işlərinin Baş plana uyğun aparılmamasıdır. Tikinti bumunun başladığı 2000-ci ilin əvvəllərindən bu sahədə müəyyən boşluqlara yol verilib. Və sonrakı illərdə də bu davam edib.
 

MÖVZU İLƏ BAĞLI:

Mənzili köhnə, yoxsa yeni binadan almaq sərfəlidir? - Mənfi və müsbət tərəfləri


Tikinti üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, “yeni tikilən bütün binaların arasında yollar, səkilər olmalıdır. Məsələn, əvvəllər çoxmənzilli yaşayış binaları arasında yanğın təhlükəsizliyi üçün dəhlizlər saxlanılırdı. Çox təəssüf ki, yeni binalarda bu dəhlizlər yoxdur, köhnə binaların dəhlizlərində isə kommersiya obyektləri tikilib.

Yeni salınan massivlərdə binalar bir-birinə çox yaxın tikilir. Massivə yalnız bir giriş və bir çıxış yolu saxlanılır. Halbuki, yanğın təhlükəsizliyi üçün dəhlizlərin salınması vacibdir”.

Həyətlərdə parklanma üçün ərazilər niyə ayrılmır?

Yeni massivlərdə sakinlər avtomobillərini parklamalaq üçün yer tapmırlar. Bəzi binaların zirzəmisində qarajlar olsa da onların qiyməti çox baha olduğu üçün heç də hər sakin bu xidmətdən yararlana bilmir.

Ona görə də sakinlər öz avtomobillərini məcburən yol kənarında saxlayırlar. Bu da binalara giriş-çıxışı məhdudlaşdırır.

Elnur Fərzəliyev onu da söyləyib ki, “vaxtilə istənilən çoxmənzilli binaların həyətində texniki su anbarları vardı. Bu anbarlar yanğın təhlükəsizliyi üçün nəzərdə tutulurdu. İndi isə belə şey yoxdur. Tez-tez rast gəlinən faktlardan biri də budur ki, yanğınsöndürən maşınlar hadisə yerində su götürmək üçün heç bir mənbə tapmır.

Ona görə də suyu qurtaran yanğınsöndürən maşın yenidən 5-10 kilometr məsafə qət etmək məcburiyyətində qalır. Bu da əlavə vaxt itkisi və faciə deməkdir”. 
Yeni bina və massivlərdə zəruri infrastruktur yoxdur 

İndi salınan yeni binalarda 100-150, bəzilərində isə 200-300 mənzil olur. Bu isə artıq bir kənd, qəsəbə deməkdir. Ona görə də yeni yaşayış massivində də tikinti şirkətinin vəsaiti hesabına su anbarından tutmuş digər ehtiyat mənbələrə qədər bütün zəruri infrastruktur yaradılmalıdır. Çox təəssüf ki, bu keçmişdən qalan problem deyil.

Bu gün bizlərin yaratdığı problemlərdir. 2018-ci ilə qədər çoxmənzilli binaların tikintisinə icazəni yerli icra hakimiyyəti orqanları verirdi. Amma artıq 4 ildir ki, bu səlahiyyətlər Şəhərsalma və Arxitektura Komitəsinə verilib.

Komitə binalar arasında ara məsafəsinin qorunmasına ciddi nəzarət edir. Amma sadaladığımız digər problemlər qalmaqdadır. Yeni salınan komplekslərə yanğın təhlükəsizliyi qaydalarına doğru-düzgün əməl olunmur. 
Tanınmış ekspert bildirib ki, “qəribə burasıdır ki, tikinti aparan şirkətlər layihələndirmə zamanı müvafiq dövlət qurumlarından razılıq alırlar. Amma ekstremal vəziyyətdə rəy verən heç bir dövlət qurumu məsuliyyəti öz üzərinə götürmür. Bütün günah qalır tikinti şirkətinin üstündə”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO