Uşaqlar üçün 2500 manata təklif olunan YAY DÜŞƏRGƏLƏRİ – Gələcəyimizin təlimi niyə BİZNESƏ çevrilib?  

Uşaqlar üçün 2500 manata təklif olunan YAY DÜŞƏRGƏLƏRİ – Gələcəyimizin təlimi niyə BİZNESƏ çevrilib?  

Hazırda oxunan: Uşaqlar üçün 2500 manata təklif olunan YAY DÜŞƏRGƏLƏRİ – Gələcəyimizin təlimi niyə BİZNESƏ çevrilib?  

80091

2021-2022-ci il tədris mövsümünün başa çatması məktəblilərin yay düşərgələri ilə bağlı məsələsini yenidən aktuallaşdırıb. Hələ də ölkə məktəbliləri üçün pulsuz yay düşərgələri sistemi qurulmayıb.

Baxmayaraq ki, müvafiq qurumlar bununla bağlı işlərin getdiyini və yaxın gələcəkdə tətbiqinin reallaşdırılacağını söyləyirlər. Faktiki olaraq isə yay düşərgələri ilə bağlı konkret addımlar atılmayıb.

Pulsuz yay düşərgələrinin təşkil olunmaması bəzi işbazların aktivləşməsinə səbəb olub. Hansı ki, özəl fəaliyyət göstərən yay düşərgələrinin qiymətləri “cib yandırır”. Ayrı-ayrı şirkətlərin təklif etdikləri qiymətlər və xidmətlər də fərqlidir.
Bir şagirdin Bakı ərazisində 6 gün 5 gecə yay düşərgəsinə qatılması üçün valideyn 800 manat pul ödəməlidir. Başqa bir özəl şirkətin təklifinə görə 3 günlük istirahət üçün valideyn yay düşərgəsinə 300-400 manat ödəməlidir.

Təbii ki, qiymət gün sayı və düşərgənin harada təşkil olunmasına görə 1800-2500 manata qədər dəyişir. Bu isə övladlarının istirahətini istəyən valideynlərin heç də hamısının büdcəsinə uyğun deyil. Yalnız bir ailədən iki uşaq düşərgədə iştirak edən zaman qiymətə 10 faiz endirim edilir. 

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında hazırda pulsuz yay düşərgələrinin təşkili ilə bağlı heç bir iş aparılmadığını bildirib:

“Şagirdlərin yay düşərgələrində istirahəti vacibdir. Onların yay tətilininin səmərəli təşkil edilməsi, sosiallaşması, müxtəqlif bölgələrdən olan uşaqların birlikdə olması, ən əsası əlavə bilik və bacarıqlara yiyələnməsi çox yaxşı olardı. Hazrda pulsuz yay düşərgələrinin təşkili ilə bağlı heç bir söhbət aparılmır və yay düşərgəsi adlı bir sistem də yoxdur.

Əslində tətbiqi çətin deyil. 4432 məktəbin 2800-dən artığı yenidən tikilib, yaxud əsaslı təmir olunub. Həmin məktəblərdə hovuz var və vintilizasiya sistemi yaratmaqla, əlavə olaraq ucqar kəndlərdə və turizm zonalarında olan məktəbləri yay aylarında düşərgəyə çevirmək olar”. 
Ekspertin sözlərinə görə hazırda ümumtəhsil məktəblərində yay düşərgələri yox, yay məktəbi fəaliyyət göstərir:

“Təxminən 80 faiz təhsil ocağında yay məktəbi həyata keçir. Sadəcə valideynlərin razılığı ilə məktəbdə şagirdlərin həm əyləncəli, həm də müəyyən bacarıqlarının yerinə yetirilməsi ilə bağlı tədbir keçirilir. Yay düşərgələri isə tamamilə ayrı anlayışdır. Sovet dövründə Azərbaycanda yüzlərlə yay düşərgələri fəaliyyət göstərirdi.

Bu düşərgələrin böyük hissəsi Abşeron yarımadasında, Xəzər sahilində yerləşirdi. Problem ondadır ki, Qarabağ bölgəsindən olan insanların çoxu həmin düşərgələrdə məskunlaşıblar.

Nəticə etibarilə həmin vaxtdan yay düşərgələri fəaliyyət göstərmir. Bir hissəsini isə məmurlar özəlləşdiriblər. Hansıki faktiki olaraq həmin yerlərdə yay düşərgələri təşkil etmək mümkün olmur. Yəni heç bir iş aparılmır”.
Qeyd edək ki, Təhsil Nazirliyinin açıqlamasına görə ölkədə bir müddət sonra STEM Yay Düşərgəsi fəaliyyətə başlayacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO