Qazaxda yeni doğulan körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

Qazaxda yeni doğulan körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Qazaxda yeni doğulan körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA 

80085

Xəbər verildiyi kimi Qazaxda yeni doğulmuş körpə vəfat edib. Rayonun Kosalar kənd sakini, 1996-cı il təvəllüdlü Könül Şabanova doğuş sancıları ilə Qazax Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. İlkin məlumata görə yeni doğulan körpə bir neçə dəqiqə sonra nəfəs çatışmazlığı səbəbindən dünyasını dəyişib. Körpənin ölüm səbəbi həlik məlum deyil. 

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Zamira Adilova Bizim.Media-ya açıqlamasında bildirib ki, körpənin ölüm səbəbi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən müəyyən edilir:

“19.06.2022-ci il tarixində saat 15:10 radələrində təbii üsulla doğuşun icra edilməsi məqsədilə Qazax Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət daxil olub:

Saat 18:40-da 38 həftəlik 3 kilo 100 qram oğlan uşağı doğulub. Doğumdan sonra körpənin vəziyyətində narahatlıq müşahidə edildiyindən ona müvafiq tibbi yardım göstərilib.
Bütün mümkün tibbi yardımın göstərilməsinə baxmayaraq 22:15 radələrində körpə dünyasını dəyişib. Ölüm səbəbinin araşdırılması üçün körpənin nəşi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO