Qubada Azərbaycanda yaşayan tatarların milli bayramı keçirilir - FOTO

Qubada Azərbaycanda yaşayan tatarların milli bayramı keçirilir - FOTO

Hazırda oxunan: Qubada Azərbaycanda yaşayan tatarların milli bayramı keçirilir - FOTO

79943

Bu gün Qubada Azərbaycanda yaşayan tatarların milli Sabantuy bayramı təntənəli şəkildə qeyd olunur.

Bizim.Media xəbər verir ki, rayonun Qəçreş istirahət zonasındakı məkanların birində baş tutan "Kotan bayramı" hesab edilən "Sabantuy" ilk dəfə olaraq bölgələr üzrə Qubada keçirilir.

MÖVZU İLƏ BAĞLI:

Quba möhtəşəm "Sabantuy" tatar bayramına hazırlaşır


Əvvəlcə rəsmi hissədə bu bayramın tarixindən danışılıb, təbriklər səslənib. 

"Yaslek" Azərbaycan Tatar Gəncləri Mərkəzinin təşkilatçılığı ilə reallaşan milli tatar bayramı Ümumdünya Tatarlar Konqresi, Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi, Quba icra hakimiyyəti və Bakıdakı Rus evinin dəstəyi ilə həyata keçirilir.

Çıxış edən Azərbaycandakı Tatar Gəncləri Mərkəzinin rəhbəri Diyaz Əhmədcanov bayramın tarixindən danışıb.

Quba RİH başçısının 1-ci müavini Tariyel İbrahimov rayonun icra başçısı Ziyəddin Əliyevin təbrikini bayram iştirakçılarına çatdırıb, belə orijinal tədbirin Qubada keçirilməsinə görə təşkilatçılara təşəkkür edib.

Tariyel İbrahimov çıxışında rayonda 20-dən artıq millət və azsaylı xalqın nümayəndələrinin mehriban ailə kimi birgə yaşadıqlarını deyib və tatar xalqının milli bayramının belə təntənə ilə keçirilməsini də Azərbaycana məxsus əsl tolerantlıq nümunəsi kimi dəyərləndirib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Baçarnikov, Bakı Rus evinin rəhbəri İrek Zunnurov tədbirə qatılan tatarları və bütün iştirakçıları təbrik ediblər.

Tədbirdə 1200-ə yaxın tatar qonaq qatılıb və hazırda "Sabantuy"un musiqili-əyləncəli hissəsi başlayıb.

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO