"Sanki nazirliklər xərclənən milyonları saymır" - Zahid Orucdan İRAD  

Hazırda oxunan: "Sanki nazirliklər xərclənən milyonları saymır" - Zahid Orucdan İRAD  

79680

“Biz ilk növbədə diqqəti dünya bazarında yenidən neftin qiymətinin artması fonunda əhalinin məşğulluğu və işsizliyin azaldılması tədbirlərinə yönəltməliyik. Təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son rəy soğrusuna görə, pandemiyadan sonra məşğul respondentlərin üçdə biri - 33 faizdən çoxu daimi iş yerlərini itirmək təhülkəsi qarşısında və ya iş axtaran statusunda olduqlarını bildirmişlər. İqtisadçı ekspertlərin araşdırması məsələyə daha geniş yanaşmağı tələb edir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında səsləndirib. 

Deputatın sözlərinə görə, ölkəmizdə məşğulluğun strukturu və əhalinin böyük hissəsinin qazanc mənbəyi kimi aqrar sektordan asılılığı bir faktdır:  

“Rəsmi statistikaya görə, məşğul əhalinin 36%-dən çoxu, yəni 1,8 mln. nəfərə yaxını aqrar sektorda çalışır. Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının, xüsusən bölgələrdə sənayeləşmənin zəifliyi, emal müəssisələrinin azlığı, bir sözlə kənd təsərrüfatındakı geriliyi əks etdirir.  

Belə şəraitdə, yüksək ixtisaslı işçi qüvvəsini yerlərdə qoruyub saxlamaq, onları rayonların iqtisadi inkişafına yönəltmək, peşəkar, ixtisaslı əmək bazarı formalaşdırmaq və xaricdən asılılığa son qoymaq çətindir.  

Biz ölkəmizdə adicə aqronomu, baytarı Türkiyə və İrandan, Bayıl sürüşməsində olduğu kimi, geologiya mütəxəssislərini Yaponiyadan gətiririksə, onda sayı 51-ə çatan universitetlərimizin hazırladıqları kadrlar öz gələcəklərini yalnız xarici ölkələrə getməkdə görəcəklər”.  

Deputat qeyri-neft sektorunun inkişafı üçün yaradılan zavod və fabriklərlə bağlı da iradlar səsləndirib:  

“Elə təəssürat yaranır ki, nazirliklər bağlanan müəssisələri və xərclənən milyonları saymır. Digər tərəfdən, düzgün tarif siyasəti olsaydı, alternativ enerji sektoruna investorların cəlbi üçün hökumət ayrı-seçkiliyi aradan qaldırıb özəl kiçik su elektrik və külək stansiyaları üzrə hər kvt-saat enerji üçün alış qiyməti 5 və 5.5 qəpik əvəzinə, dövlətin inhisarında olan müəssisələrdən alış qiymətini 20% artırdığı kimi yanaşsaydı, onda özəl sektor da inkişaf edərdi.  

Axı milli istehal olmasa, biz xaricdən təkcə mal və xidmətlər yox, daha çox inflyasiya, siyasi hökmlər və iqtisadi müdaxilə cəhdləri də idxal edəcəyik.

Halbuki, biz torpaqlarımızıın azad olunmasına milli istehsalın sahə və struktur quruluşunu genişləndirmək perspektivi kimi baxsaq, yaxın gələcəkdə Qarabağda çalışmaq istəyən xarici şirkətlərin qapımızda növbəsini görəcəyik”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO