“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 faiz vəsait icra olunmayıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında səsləndirib.
“Qeyd olunur ki, bu, qeyri-qanuni təminatların qarşısının alınması ilə bağlıdır. Olmazmı ki, yoxsul insanlar üçün ehtiyac meyarları dəyişdirilsin, büdcədən ayrılan vəsait onlara verilsin. 168 milyon manat vəsait yoxsul insanlardan kəsilib.
Nazir 5 ildir təyin olunub. Bu sahədə hesabatlar 6 ay ərzində həll edilməli idi. Deməli, bu iş doğru qurulmayıb.
Yaxşı olardı ki, əlil və müharibə iştirakçısı, yoxsulluğun nə olduğunu bilən insan təyin olunsun, bundan həm hökumət, həm xalqımız faydalanardı”, – deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 17.06.2022
Qüdrət Həsənquliyev bu nazirliyi İTTİHAM ETDİ: “Yoxsulluğun nə olduğunu bilən insan təyin olunsun”
Hazırda oxunan: Qüdrət Həsənquliyev bu nazirliyi İTTİHAM ETDİ: “Yoxsulluğun nə olduğunu bilən insan təyin olunsun”
Hazırda oxunan: Qüdrət Həsənquliyev bu nazirliyi İTTİHAM ETDİ: “Yoxsulluğun nə olduğunu bilən insan təyin olunsun”
79665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.