“Naxçıvana təyyarə bileti tapılmır” – Fazil Mustafadan ETİRAZ

“Naxçıvana təyyarə bileti tapılmır” – Fazil Mustafadan ETİRAZ

Hazırda oxunan: “Naxçıvana təyyarə bileti tapılmır” – Fazil Mustafadan ETİRAZ

79364

“Naxçıvana təyyarəyə bilet tapılmır. Onlarla adam zəng edib köməklik istəyir”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Fazil Mustafaya məxsusdur.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Naxçıvan-Bakı aviareyslərinə BİLET BAHALAŞDI


Vətəndaşların Naxçıvana səfər etməkdə yaşadıqları problemi dilə gətirən deputatın sözlərinə görə, sözügedən sahədə dərəbəylik hökm sürür: 

“Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin, əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı? Sadəcə ayıb olsun, ar olsun deyirəm, onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı, erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin”.

Fazil Mustafa Naxçıvana biletlərin tapılmaması ilə bağlı problemi Milli Məclisdə də səsləndirəcəyini fikirlərinə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO