Xaçmazda yük avtomobilləri toqquşdu - YARALI VAR

Xaçmazda yük avtomobilləri toqquşdu - YARALI VAR

Hazırda oxunan: Xaçmazda yük avtomobilləri toqquşdu - YARALI VAR

79091

Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində, Gəndab-Yalama yolunun 14-cü km-də 3 avtomobil toqquşub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ,"KaMAZ"markalı avtomobil Xaçmaz istiqamətində hərəkətdə olarkən qarşıdan gələn "Hovo"markalı digər yük avtomobili ilə toqquşub.

Bu zaman həmin yolla hərəkət edən "Ford Tranzit" markalı avtobil də onlara çırpılıb.

Qəza zamanı xəsarət alan "Ford Tranzit"in sürücüsü, Samux rayon sakini Rəcid Bağırov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ilk yardımdan sonra orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO