“Bu il Azərbaycan vətəndaşları əsasən Türkiyə, Yaxın Şərq və Avropa ölkələrinə turist səfərlərinə çıxacaq”.
Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə 2022-ci ildə Azərbaycan turisti üçün xarici ölkəyə səfər baxımından hansı istiqamətlərin daha populyar olacağı barədə suala cavabında deyib:
“Azərbaycan vətəndaşları bu günə qədər ənənəvi olaraq daha çox yaxın ölkələrə turist səfərləri edirdi. Belə ki, Azərbaycan vətəndaşları ənənəvi olaraq əsasən Türkiyə, Gürcüstan, İran və Rusiyaya gedirdi. Quru sərhədlər bağlı olduğundan hazırda yaxın qonşu ölkələrlə bağlı nəyisə proqnozlaşdırmaq çətindir. Hər şey quru sərhədlərin açılmasından asılıdır.
Amma bununla belə, cari il ərzində turistik baxımından vətəndaşlarımız üçün ən populyar istiqamət Türkiyə başda olmaqla, Yaxın Şərq və Avropa ölkələri olacaq”.
Rüfət Sultan
- A-
- A
- A+
Cəmiyyət
09:05 / 14.06.2022
Azərbaycanlılar 2022-ci ildə daha çox bu ölkələrə üz tutacaq - SİYAHI
Hazırda oxunan: Azərbaycanlılar 2022-ci ildə daha çox bu ölkələrə üz tutacaq - SİYAHI
Hazırda oxunan: Azərbaycanlılar 2022-ci ildə daha çox bu ölkələrə üz tutacaq - SİYAHI
79063
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.