Zaqatalada yük maşını ilə minik avtomobili toqquşdu – 4 YARALI VAR - FOTO

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşdu – 4 YARALI VAR - FOTO

Hazırda oxunan: Zaqatalada yük maşını ilə minik avtomobili toqquşdu – 4 YARALI VAR - FOTO

78861

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub, dörd nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

“Ford” markalı 62 BO 101 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə “VAZ 2106” markalı 62 BL 239 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Zaqatala RMX-dan APA-ya bildirilib ki, yaralılardan rayonun Əliabad qəsəbə sakinləri olan 1995-ci il təvəllüdlü Malik Şaban oğlu Bədirov və 1988-ci il təvəllüdlü Elçin Rəcəb oğlu Bədirovun müayinə və müalicəsi xəstəxanada davam etdirilir. Daha iki nəfərin xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO