2021-ci ilin gəlişi ilə yeni bir fidyə proqramı da həyatımıza girdi. Babuk Locker adlı zərərli proqramın müxtəlif ölkələrdəki qurbanlarından minlərlə dollar tələb etdiyi müəyyən edilmişdir.
Babuk Locker proqramına diqqət yetirin.
Bizim.Media xəbər verir ki, yeni növ zərərli proqramı təhlil edən təhlükəsizlik tədqiqatçısı Chuong Dong, Conti və REvil proqramı kimi çox yivli şifrələmədən və Windows Restart Manager-dən istifadə edən bir alqoritmlə məşğul olduqlarını bildirib.
Dong, Babuk Lockerin yaradıcılarının bəsit kodlaşdırma bacarıqlarına sahib olan həvəskar qrupdan ibarət olduğunu, ancaq istifadə edilən şifrələmə sxeminin çox yaxşı olduğu da vurğulayıb.
Zərərli proqram qurbanlarına fidyə ödəmədən sənədləri bərpa etmək səyləri sürətlə davam edir. Techradar xəbərinə görə, bu günə qədər 60 mindən 85 minə qədər fidyə tələbinin olub.
Fidiyə proqramı işə salındıqdan sonra, qurbanın cihazında şifrələnmənin qarşısını alan Windows proseslərini dayandırır. Daha sonra proqram operatorları ilə danışıqların aparılmasına dair təlimatlarla birlikdə bir fidyə qeydini yaradır. Bəzi istifadəçilər zərərli proqramı istifadə edən şəxslərin sənədləri oğurladıqlarına dair dəlillər təqdim etdiklərini bildirir.
Bundan əlavə, hakerlər qurbanlardan pul qoparmaq üçün oğurlanmış məlumatları haker forumlarına sızdırmaqla hədələyirlər. Fidiyə proqramının qurbanları arasında, hələlik bir lift şirkəti, tibbi test məhsulları istehsalçısı və bir kondisioner şirkəti olduğu təsbit edilib.
Müəssisələr, 2021-in fidyə proqramlarına qarşı hazır olduqlarını iddia etsələr də, Babuk Locker proqramı bunu təqsib edir. Son bir ildə Foxconn və Kmart daxil olmaqla bir sıra yüksək səviyyəli şirkətlərə fidyə proqramı ilə hücum edilmişdi. (techland)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
05:00 / 09.01.2021
Yeni ilin təhlükəli proqramı
Hazırda oxunan: Yeni ilin təhlükəli proqramı
Hazırda oxunan: Yeni ilin təhlükəli proqramı
7885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.