Tərtərdə qaydaları pozan 15 sürücüyə PROTOKOL YAZILDI

Tərtərdə qaydaları pozan 15 sürücüyə PROTOKOL YAZILDI

Hazırda oxunan: Tərtərdə qaydaları pozan 15 sürücüyə PROTOKOL YAZILDI

78701

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçiriblər.

Bizim.Media xəbər verir ki, keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını pozaraq hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülər müəyyən olunub.

Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və qaydaları pozan 15 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO