AQTA-dan sahibkarlara xəbərdarlıq 

AQTA-dan sahibkarlara xəbərdarlıq 

Hazırda oxunan: AQTA-dan sahibkarlara xəbərdarlıq 

7870

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların təsdiq edilmiş qaydalara daha ciddi əməl etmələri, ictimai iaşə obyektində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi və interaktiv məlumat mübadiləsi üçün ictimai iaşə obyektlərinə nəzarət üzrə məsul şəxs təyin etməli və həmin şəxs haqqında müvafiq məlumatları agentliyə təqdim etməlidirlər.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-nın yaydığı məlumatda qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

AQTA bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoydu


Bildirilib ki, epidemiya dövründə ictimai iaşə sektorunda müəyyən edilən qaydalara əməl edilməsi, o cümlədən məsul şəxsin müəyyən edilərək müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət ediləcək. Monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyətləri məhdudlaşdırılacaq və inzibati cəza tədbirləri görüləcək.

Odur ki, sahibkarlar ictimai iaşə obyektində fəaliyyət göstərəcək məsul şəxs haqqında məlumatları ən qısa zaman ərzində Agentliyə şəxsi kabinetləri vasitəsilə və ya [email protected] elektron poçt ünvanına göndərilməsini təmin etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO