Prezident TƏBİB-in səlahiyyətini artırdı - DƏYİŞİKLİK

Prezident TƏBİB-in səlahiyyətini artırdı - DƏYİŞİKLİK

Hazırda oxunan: Prezident TƏBİB-in səlahiyyətini artırdı - DƏYİŞİKLİK

78674

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyəti artırılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərman”ında edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə aşağıdakı səlahiyyət verilib:

- bu Fərmana əsasən, yaradılmış tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirsin və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etsin;

- tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etsin.

Qeyd edək ki, əvvəl bu səlahiyyət Səhiyyə Nazirliyində idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO