Bakının Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, dünən axşam saatlarında Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Azərsu” ASC-yə məxsus su quyusunun üzərində quraşdırılmış mancanaqdan qadın meyiti tapılıb.
İlkin araşdırmalar zamanı ölən qadının paytaxt sakini, 1964-cü il təvəllüdlü Həcərxanım Məmmədova olması məlum olub. Belə ki, mancanaqda əlini yumağa çalışan qadının boynunun hərəkət edən dirsəyin arasında qalması səbəbindən öldüyü məlum olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisə ilə bağlı “Azərsu” ASC açıqlama yayıb:
“Nəzərinizə çatdırırıq ki, həmin ərazidə "Azərsu" ASC-yə aid heç bir quyu yoxdur. Həmin quyu fərdi şəxsə məxsusudur və xahiş edirik bunu nəzərə alasınız”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:09 / 10.06.2022
Bakıda su quyusundan qadın meyiti tapıldı
Hazırda oxunan: Bakıda su quyusundan qadın meyiti tapıldı
Hazırda oxunan: Bakıda su quyusundan qadın meyiti tapıldı
78596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.