Qanunsuz parkinqin yerində yenidən ağac əkildi

Qanunsuz parkinqin yerində yenidən ağac əkildi

Hazırda oxunan: Qanunsuz parkinqin yerində yenidən ağac əkildi

78544

Bakının mərkəzində yaradılan, sonradan sökülən qanunsuz parkinqin yerində ağac əkilib. Ağacı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları əkib. Ağac Xan çinarıdır.

Bizim.Media xəbər verir ki, ərazidən görüntüləri təqdim edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtın mərkəzindəki qanunsuz PARKİNQ belə sökülür - YENİLƏNİB - FOTO/VİDEO


Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı.

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. 

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib. Daha sonra parkinqin sökülməsinə başlanılmış, parkinq sökülərək səki bərpa edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO