"Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur".
Bizim.Media xəbər verir, bunu bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırması ilə bağlı keçirilən tədbirdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı test keçiriləcək - Təhsil İnstitutu
Onun sözlərinə görə, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin, eləcə də peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Alçina Amilqızı, Bizim.Media