Orduda döyüş atışlı intensiv taktiki təlimlər başladı - FOTO/VİDEO 

Orduda döyüş atışlı intensiv taktiki təlimlər başladı - FOTO/VİDEO 

Hazırda oxunan: Orduda döyüş atışlı intensiv taktiki təlimlər başladı - FOTO/VİDEO 

78471

Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Orduda hərbi qulluqçularla metodiki məşğələlər keçirildi


Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin əsas xüsusiyyəti Vətən müharibəsi və digər müasir müharibələrin təcrübəsinə əsaslanan yeni taktiki hərəkətlərin yerinə yetirilməsi, o cümlədən şərti düşmənin uzaqdan aşkar olunması sisteminin geniş tətbiqi ilə onun daha effektiv məhv edilməsidir. 

Təlimlərin gedişi barədə komandirlərin və qərargah zabitlərinin məruzələri dinlənilir, kəşfiyyat məlumatları əsasında düşmənin vəziyyəti və ərazinin xüsusiyyətləri öyrənilir, silahlanmaya yeni daxil edilən cihaz və vasitələrin tətbiqi ilə bölmələrin qarşılıqlı fəaliyyəti təşkil olunur. 
Təlimlərin ssenarisinə əsasən, aşkar olunan şərti düşmən hədəfləri müxtəlif aviasiya vasitələri, motoatıcı, artilleriya və tank bölmələri tərəfindən qarşılıqlı əlaqədə məhv edilir. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO