Filarmoniyada fəaliyyət göstərən gecə klubu bağlandımı? - AÇIQLAMA 

Filarmoniyada fəaliyyət göstərən gecə klubu bağlandımı? - AÇIQLAMA 

Hazırda oxunan: Filarmoniyada fəaliyyət göstərən gecə klubu bağlandımı? - AÇIQLAMA 

78467

Bir müddət öncə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilməsi ilə bağlı yayılan görüntülər ictimaiyyət tərəfindən böyük hiddət və təəssüf hissi ilə qarşılanmışdı. 

Yayılan görüntülərdən sonra Filarmoniya ərazisində yerləşən “UFFO” restoranın fəaliyyəti dayandırılıb. Hazırda mədəniyyət ocağının hazırki vəziyyətinin nə yerdə olması hər kəsi düşündürür.

Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, məlum hadisədən sonra müqaviləyə xitam verilərək həmin məkanın fəaliyyəti dayandırılıb, enerji təchizatı kəsilib:
 

MÖVZU İLƏ BAĞLI:

“Filarmoniyanın gecə klubuna çevrilməsi razılaşdırılıb” – Mədəniyyət Komitəsi 


“Filarmoniyanın rəhbərliyi tərəfindən həmin ərazidə asayişin qorunması məqsədilə hüquq mühafizə orqanlarına müraciət edilib və bununla bağlı lazımi tədbirlər görülərək, ölçü götürülüb. Hazırda filarmoniyada sözügedən fəaliyyətdən söhbət gedə bilməz”. 

Amma əksər mədəniyyət ocaqlarının fəaliyyətində bir-sıra boşluqlar görülməkdədir. Ümumiyətlə sözügedən müəssisələrin iş prinsipi necə təşkil olunmalı və hansı dəyişikliklər aparılmalıdır?

Sualımızı AYB-nin yaradıcılıq məsələləri üzrə katibi, kinodramaturq İlqar Fəhmi cavablandırıb.

O, Bizim.Media-ya açıqlamasında mədəniyyət ocaqlarının fəaliyyətindən danışıb. Onun sözlərinə görə, sözügedən restoran filarmoniyada Sovet dövründən fəaliyyət göstərib: 

“Mənim yadımdadır hələ bizim vaxtımızda “UFFO” restoranı fəaliyyət göstərirdi. Cavan vaxtlarımızda tez-tez ora getmişik. Sovet dövründə tikilənlərin əksəriyyətində kafe və restoranlar fəaliyyət göstərirdi. Həmin obyektlərdə insanlar konsertdən öncə əyləşib istirahət edirlər. Burada qeyri-adi heç nə yoxdur”.

İ.Fəhminin sözlərinə görə, hazırda bəzi mədəniyyət ocaqlarında yenidənqurma işlərinə ehtiyac var: 

“Mədəniyyət ocaqlarının əksəriyyəti 20-ci əsrdə tikilib. Hazırda bəziləri müasir dövrün tələblərinə uyğun şəkildə deyil. Bəzən müəyyən texniki vasitələrdən istifadə etmək olmur bu baxımdan çətinliklər yaranır. Səhnələrin quruluşu, zalların forması indiki standartlara cavab vermir. Amma hazırda bu məsələlərlə əlaqədar addımlar atılır, restavrasiya işləri aparılır.
Həmçinin müasir avadanlıqlarla təchiz olunur. Ümid edirəm ki, ehtiyacı olan digər mədəniyyət ocaqlarında da restavrasiya işləri aparılacaq”, - deyə o, bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO