“İraq və Suriyadan qayıdan soydaşlarımızı cəmiyyətə buraxmaq olmaz” - Psixoloqdan HƏYƏCAN TƏBİLİ

“İraq və Suriyadan qayıdan soydaşlarımızı cəmiyyətə buraxmaq olmaz” - Psixoloqdan HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: “İraq və Suriyadan qayıdan soydaşlarımızı cəmiyyətə buraxmaq olmaz” - Psixoloqdan HƏYƏCAN TƏBİLİ

78444

“Çıxış yolu qapalı məkanda düşərgə, məktəb yaradıb, yaşadıqları cəmiyyətin həqiqətləri, dəyərlərini yeritməklə, onları cəmiyyətimizə adaptasiya etdirməkdən keçir”. 

Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Samirə Abdullayeva vaxtilə müxtəlif səbəblərdən terrorçu İŞİD-ə qoşularaq İraq və Suriyaya gedib indi geri qayıdan azərbaycanlı uşaq və qadınların psixoloji durumunun yaxşılaşdırılması və cəmiyyətə adaptasiyası üçün hansı addımların atılmalı olduğuna aydınlıq gətirərkən deyib: 

“İstənilən insana istənilən həqiqətləri yeritmək mümkündür. Yəni nələri istəsən insanlara aşılamaq olar. Bunun üçün koqnetik distonans yaratmaq lazımdır.
 

MÖVZU İLƏ BAĞLI:

İraq və Suriyadan Azərbaycana dönən uşaqlar Bakı Zooloji Parkında - FOTO


Bu termin insanın koqnetik bilikləri, gördükləri, həmin ana qədər bildiklərinin hamısının əksini sübut etmək, yəni insanın içində tərəddüd yaratmaq və ondan sonra istənilən bilgini ona ötürmək deməkdir. Amma bunun üçün elə bir mühit yaradılır ki, orada yalnız və yalnız rəhbərlərin dedikləri sözlər keçir.

Ətrafdan isə ora heç bir informasiya daxil olmur, oradakı insanlar kənar aləmlə hər hansı bir əlaqə yaratmır. Müxtəlif sekta üzvləri insanları məhz bu yollarla özlərinə cəlb edir, beyinlərini yuyurlar. 

İraq və Suriyadan dönən qadın və uşaqları həmin anda cəmiyyətə buraxmaq düzgün deyil. Hamı eyni dərəcədə ağıllı və yetkin insan deyil. Elə insan var ki, dərhal gələn insanın dini dünyagörüşünün təsiri altına düşə bilər. Belədə, bir “çürük alma” digərlərini də çürüdə bilər”. 

Psixoloqun fikrincə, İraq və Suriyadan Azərbaycana dönən uşaq və qadınların psixoloji travmalarının həlli və cəmiyyətə adaptasiyası üçün də eynilə anoloji şəraiti qurmaq lazımdır:

“Bunun üçün qapalı məkanda düşərgə, məktəb yaradıb, yaşadıqları cəmiyyətin həqiqətləri, dəyərlərini yeritməklə, onları cəmiyyətimizə adaptasiya etdirmək lazımdır. Belə şəraitdən istifadə edərək insanı istənilən istiqamətə yönəltmək olar. Bu ideya illər öncə Tematiliri adlı psixoloq tərəfindən irəli sürüb. Şüuru dəyişmək vasitəsidir”.  
Ekspertə görə, əks halda vaxtilə çürük ideyaların təsiri alına düşəb indi geri qayıdan uşaq və qadınların cəmiyyətimizə yenidən adaptasiyası mümkün olmayacaq:

“Cəmiyyətimiz belə insanları xoş qarşılamaya, onlara özgə kimi yanaşa bilər. Nəticədə həmin insanda da cəmiyyətimizə qarşı neqativ fikirlərin formalaşması mümkündür. Ona görə də onların yenidən cəmiyyətə adaptasiyası üçün düzgün rəftar və təbliğat aparılmalıdır. Əks halda onlar üçün də bu cəmiyyətdə yaşamaq çətin olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO