Qusar Dövlət Ləzgi Teatrında nə baş verir? - RƏSMİ AÇIQLAMA

Qusar Dövlət Ləzgi Teatrında nə baş verir? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qusar Dövlət Ləzgi Teatrında nə baş verir? - RƏSMİ AÇIQLAMA

78387

"Qusar teatrının yerləşdiyi binanın qarşısındakı lövhənin olmaması birbaşa nazirliyin nəzarəti altındadır. Qusar teatrının binası yoxdur, teatr hazırda Mədəniyyət mərkəzinin binasında yerləşir. Bu səbəbdən  binanın qarşısında indiyə qədər məlumatlandırıcı lövhə quraşdırılmayıb. Tezliklə Mədəniyyət mərkəzinin qarşısında trafaretin (lövhənin) quraşdırılması məsələsinə baxılacaq".

Bu sözləri Bizim.Media-nın sorğusuna cavab Olaraq Mədəniyyət Nazirliyinin teatr sektorunun baş məsləhətçisi Emin Qasımov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qusar teatrını Mədəniyyət mərkəzində kim gizlədib? – Açıq qalan SUALLAR

Yeni baş rejissor Ləzgi Teatrından niyə narazıdır? – İcra başçısından GÖRÜŞ İSTƏYİR


Onun sözlərinə görə, bütün bölgə teatrları kimi, Qusar Dövlət Ləzgi Dram Teatrının inkişafı da Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir. Bu il Qusar Dövlət Ləzgi Dram Teatrına Əliyar Əliyevin baş rejissor kimi təyinatı da bunun bir göstəricisidir.

Xatırladaq ki, Qusar Dövlət Ləzgi Teatrı ilə bağlı Bizim.Media bir neçə dəfə yazı hazırlayıb. Yerli icra orqanlarının bu teatra laqeyd münasibətinə də toxunmuşuq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO