Dəmir vaqonda yaşayan, evi yanan əsgər ailəsi:

Dəmir vaqonda yaşayan, evi yanan əsgər ailəsi: "Kömək edilmir, nə edək?" - FOTO

Hazırda oxunan: Dəmir vaqonda yaşayan, evi yanan əsgər ailəsi: "Kömək edilmir, nə edək?" - FOTO

78305

Xızı rayonunun Yarımca kəndində Abbasovlar ailəsi dəmir vaqonda yaşayır. Buna səbəb ailənin yaşadığı iki otaqlı evin bu il fevral ayının 10-da axşam saatlarında qəfil yanmasıdır... 

Bu barədə Bizim.Media-ya kənd sakinləri Məmmədağa və Fərqanə Abbasovlar məlumat verib. 

Onların sözlərinə görə, yanğın baş verərkən evdə olmayıblar, qışlaqda heyvan sürüsünə baxmaqla məşğul olublar.  

F.Abbasova deyib ki, yanğın baş verdiyini onlara qonşu xəbər verib: 

“Evə çatanda gördük ki, FHN-nin yanğınsöndürənləri gəlib. Amma evimizdə hər şeyimiz yanıb. Evin bir divarı qalıb".  

Ev sahibi M.Abbasov məlumat verib ki, qışlaqdan qayıdandan sonra həyətlərindəki dəmir vaqonda yaşamalı olublar:  

"Ailədə 5 nəfərik. 85 yaşlı anam, bacım, oğlum, həyat yoldaşım və mən. Yanvar ayında əsgər oğlum evə dönəcək. Hamımız bu isti havalarda od tökülən dəmir vaqonda yaşamağa məcburuq. Üstəlik, əsgər oğlum da evə gələndən sonra çox çətin olacaq. Nəyimiz var yanıb, məhv olub. Rayondan da bizə heç bir kömək edilmir. Nə etməliyik bəs?"  

Xızı İH-də məsələdən xəbərdardırlar. İB başçısının müavini Arzu Əzizov Abbasovlar ailəsinin problemindən xəbərdar olduğunu söyləyərək bildirib ki, ailənin yaşadığı ev sığorta olunmayıb, biz köməklik edə bilmirik. 
İcra hakimiyyəti zərərçəkmiş ailəyə yardım edə bilməyəcək. Bəs necə olsun.? Əsgər ailəsi nə vaxtadək dəmir vaqonda "yaşamalı" olacaq?  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO