Sabirabadda 16 yaşlı qızın bu günə nəzərdə tutulan toy mərasimi ləğv edilib.
Bizim.Media xəbər verir ki, rayonun Qəzli kəndində toy mərasiminin keçirilməsi üçün qurulan çadır polisin iştirakı ilə sökülüb.
Qəzli kənd icra nümayəndəsi Lent.az-a faktı təsdiqləyib.
Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad rayonunun Qəzli kəndində 17 yaşı tamam olmamış yeniyetmə qızın evləndirilməsi məsələsinə münasibət bildirib.
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, yeniyetmə qızın ailəsi ilə danışıqlar aparılıb:
“Danışıq zamanı onlar ailədə xəstə adamın olduğunu əsas gətirərək nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Ancaq araşdırma zamanı nişan yox, toy mərasiminin keçirilməsinin nəzərdə tutulduğu müəyyənləşib. Dərhal müdaxilə olunub, toyun keçirilməsinin qarşısı alınıb. Eyni zamanda ailəyə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın evləndirilməsi nəticəsində ailə inzibati, hətta hüquqi məsuliyyətə cəlb oluna bilər”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:52 / 08.06.2022
Azərbaycanda 16 yaşlı qızın toy çadırını polis sökdü
Hazırda oxunan: Azərbaycanda 16 yaşlı qızın toy çadırını polis sökdü
Hazırda oxunan: Azərbaycanda 16 yaşlı qızın toy çadırını polis sökdü
78231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.