Bakının bu küçələrində hərəkət sxemi dəyişdi - SİYAHI

Bakının bu küçələrində hərəkət sxemi dəyişdi - SİYAHI

Hazırda oxunan: Bakının bu küçələrində hərəkət sxemi dəyişdi - SİYAHI

78220

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar sürücülərə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli yayıb.

Onun sözlərinə görə, paytaxt ərazisindəki bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən olunub.

Report-un məlumatına görə, “Formula 1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar paytaxtımızın istiqaməti dəyişdirilib: "Məhdudlaşdırılmış küçə və prospektlərə yeni hərəkət sxemi müəyyən olunub. Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva, Kövkəb Səfərəliyeva, şəhərdən çıxış istiqaməti təmin edilib.

Əlavə olaraq Azadlıq prospekti-Nizami küçəsi ilə sağa, Kövkəb Səfərəliyeva-Yusif Səfərov küçələri ilə də hərəkət müəyyən olunub". 

"Sürücülərdən bu günlərdə xüsusi ilə şəxsi nəqliyyat vasitələri ilə hərəkəti maksimum məhdudlaşdırmağı, daha çox ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik", - DYP rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO