Şirvanda arvadını ov tüfəngi ilə öldürən kişinin məhkəməsi başlayır

Şirvanda arvadını ov tüfəngi ilə öldürən kişinin məhkəməsi başlayır

Hazırda oxunan: Şirvanda arvadını ov tüfəngi ilə öldürən kişinin məhkəməsi başlayır

78205

Şirvanda arvadını ov tüfəngi ilə qətlə yetirməkdə təqsirləndirilən Elnur Abıyevin məhkəməsi başlayır. 

Bizim.Media xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elxan Süleymanovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası iyunun 17-nə təyin edilib. 

Qeyd edək ki, bu ilin fevralında 1979-cu il təvəllüdlü E.Abıyev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evdə arvadı, 1982-ci il təvəllüdlü Xəyalə Abıyevanı qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb. 

Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

E.Abıyev həmçinin polis əməkdaşlarına da atəş açıb. Həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb. 
E.Abıyevə qarşı qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO