İttiham olunan Kinematoqrafçılar İttifaqından AÇIQLAMA –

İttiham olunan Kinematoqrafçılar İttifaqından AÇIQLAMA – "Ekspertiza əsasında..." - FOTO

Hazırda oxunan: İttiham olunan Kinematoqrafçılar İttifaqından AÇIQLAMA – "Ekspertiza əsasında..." - FOTO

78135

“Kinematoqrafçılar İttifaqı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir ədəd - hündürlüyü təxminən 1 metr 20 sm olan gövdəsi qurumuş ağacın kəsilməsi ilə bağlı rəsmi məktubla müraciət edib. Nazirliyin Ekspertiza İdarəsinin rəyi əsasında bu ağac kəsilib”.

Bu fikirləri Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında kəsilən acağla bağlı Bizim.Media-ya açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident tapşırıq verdi - Qanunsuz parklanma yeri söküldü


O bildirib ki, bu ağacın kəsilməsində qanunsuzluqdan söhbət gedə bilməz, çünki həmin quru ağac güclü külək vaxtı insanların başına düşə və xəsarət yetirə bilərdi. O, Bakı şəhərində belə faktların çox olduğunu deyib: “Ona görə də rəy əsasında bu addım atılıb”.

Əli Vəliyev əlavə edib ki, həmin yerdə yeni ağacın əkilməsi ilə bağlı göstəriş verilib:

“Biz də bununla bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etmişik, çünki yaxın ərazidə agentliyin iki qara tumbaları yerləşir. Onlar ərazidən götürüldükdən sonra iki ağac əkiləcək. Təəssüf ki, agentlik hələlik o tumbaları buradan götürməyib. Görürsünüz ki, bir dənə dəyişiklik etmək üçün bizi ittiham edirlər. Onu özümüz buradan götürə bilmərik, o işi agentlik həyata keçirməlidir”. 

Xatırladaq ki, Nəsimi rayonu, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb. 

Bundan sonra dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, həmin ünvanda ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata əsasən, həmin parkinq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.  

Buna görə Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.

Hazırda Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinq sökülür. Sözügedən əraziyə texnika və canlı qüvvə cəlb olunub. 

Rəşad Orucoğlu, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO