Cəzaçəkmə müəssisəsində insident baş verib? - RƏSMİ AÇIQLAMA 

Cəzaçəkmə müəssisəsində insident baş verib? - RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Cəzaçəkmə müəssisəsində insident baş verib? - RƏSMİ AÇIQLAMA 

78088

“Bakıda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident baş verməyib”. 

Bizim.Media xəbər verir ki, bunu Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib. 

O bildirib ki, yayılan məlumatlar yalandır. 

M.Sadıqov Trend-ə açıqlamasında deyib ki, hansısa sayt yalan məlumat yayıb: 

“Biz həmin sayt rəhbəri ilə əlaqə saxlamışıq. O deyir ki, guya hansısa məhkum ona belə bir məlumat verib. Amma bu tam yanlışdır. 11 saylı cəzaçəkmə müəssisəsində heç bir insident olmayıb".
Qeyd edək ki, bu gün KİV-də Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində insident baş verməsi ilə bağlı iddialar yayılıb. İddialara görə, baş verən insident zamanı yaralananlar da olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO