Üç dövlət qurumu ÜZ-ÜZƏ - Çoxillik ağacları kəsib parkinq edənlər KİMLƏRDİR?

Üç dövlət qurumu ÜZ-ÜZƏ - Çoxillik ağacları kəsib parkinq edənlər KİMLƏRDİR?

Hazırda oxunan: Üç dövlət qurumu ÜZ-ÜZƏ - Çoxillik ağacları kəsib parkinq edənlər KİMLƏRDİR?

78054

Xəbər verildiyi kimi, paytaxtın mərkəzində ağacların kəsilərək yerində “parkovka” salınması ictimaiyyətdə ciddi tənqidlərə yol açıb. Qeyd edək ki, bununla bağlı tanınmış telejurnalist Azər Qərib sosial şəbəkədə bir neçə görüntülər paylaşıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii sərvətlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlavə olaraq sözügedən ərazidə yaşıllığın məhv edilərək yerində salınan parkinqin hansı qurum tərəfindən həyata keçirilməsi məsələsi də aktuallaşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtda rəzillik - Məmurlar ağacları kəsib parklanma yeri düzəltdilər – FOTO


Saytımıza bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib ki, parklanma yerinin hansı quruma aid olduğundan xəbərsizdir və həmin ünvana gedib yerində dəqiqləşdirmə aparacaq. 

Ərazinin aid olduğu Nəsimi Rayon İcra Hakimiyyətindən də məsələ ilə bağlı araşdırmalara başlanıldığı bildirilib. 

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO