Bakıda 26 yaşlı Gülşən Rəfael qızı Əliyeva qəfil dünyasını dəyişib.
Bizim.Media-ya daxil olan məlumata görə, hadisə Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 17 nömrəli şəhər polikilinikasında qeydə alınıb.
Mənbə bildirir ki, ailəli olan gənc qadının ölüm səbəbi hələlik məlum deyil. Səhhəti ağırlaşan xanım sözügedən poliklinikaya gətirilib, şok keçirərək oradaca keçinib.
Olay yerinə Xəzər rayon Polis Bölməsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
Hazırda polinklinikaya giriş-çıxış məhdudlaşıdırılıb .
Alçina Amilqızı, Bizim.Media