Etibarnamə ilə maşın alanların DİQQƏTİNƏ - Məsuliyyətə cəlb oluna bilərsiniz!

Etibarnamə ilə maşın alanların DİQQƏTİNƏ - Məsuliyyətə cəlb oluna bilərsiniz!

Hazırda oxunan: Etibarnamə ilə maşın alanların DİQQƏTİNƏ - Məsuliyyətə cəlb oluna bilərsiniz!

77931

Dövrümüzün ən ehtiyac duyulan, həyatımızı asanlaşdıran vasitələrdən biri də minik avtomobilləridir. Artıq qadın, kişi fərq etmədən hər kəs şəxsi avtomobil almaq həvəsindədir.

Lakin bu həvəs bəzən tələsik, araşdırmadan verilən qərarlara və onun problemli nəticələrinə səbəb olur. Belə ki, maşın satqısı məşğul olan əksər “alverçi”lər mənfəətlərinə görə, maşını etibarnamə ilə yeni istifadəçisinə satırlar və böyük mübahisələr də bundan sonra başlayır.

“Etibarnamə heç bir əmlaka mülkiyyət hüququ vermir. Sadəcə müəyyən müddətli hansısa daşınmaz əmlakdan istifadə hüququ verə bilər”.

Bu sözləri Bizim.Media-ya hüquqşünas-vəkil Əsabəli Mustafayev mövzu ilə bağlı açıqlama verərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Etibarnamə ilə maşın satdı, indi başı bəladadır - VİDEO


Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı hüquqşünaslara çoxlu şikayətlər daxil olmaqdadır: 

“Etibarnamə ilə avtomobil idarə edən şəxs gələcəkdə onu sata bilməz. Çünki, həmin şəxs əmlakın tamhüquqlu mülkiyyətçisi deyil. Bu problemlərlə bağlı bizə müraciət edənlərin sayı çoxdur. Belə ki, etibarnamə yolu ilə avtomobil satan şəxslər var ki, daha sonra notariat kontoruna ərizə verib etibarnaməni ləğv etdirir. Və ya ləğv etdirmədən başqasına həmin maşını satır. Bundan da ziyan çəkən tərəf avtomobili etibarnamə ilə götürən şəxsdir. Bəzən etibarnamənin ləğv edilməsindən sonra tərəflər arasında yaranan mübahisə avtomobili alan şəxsin hətta cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnir”. 

Ə.Mustafayev bildirir ki, etibarnamə dələduz maşın alverçiləri üçün daha sərfəlidir çünki: 

“Etibarnamə alqı-satqı prosesindən daha ucuz başa gəldiyi üçün əksəriyyət etibarnamə ilə mülk alır. Sizə əlverişli görünən bu yol sonra sizi tələyə sala bilər. Düşünün ki, müəyyən məbləğdə pul ödəyib etibarnamə yolu ilə avtomobil alırsız və həvəslə idarə edirsiniz.

Bu əsnada isə maşının əvvəlki sahibi etibarnaməni ləğv etdirir. Bu halda polis bölməsinə çağrılmağınıza təəcüblənməyin, ona görə ki, siz maşın oğurlamaqda şübhəli şəxs qismində saxlanıla bilərsiniz.

Günahsız olduğunuzu sübut etmək üçün etibarnamə də köməyinizə gəlmir, çünki sizdən şikayət edən adam avtomobili satmadığını, sadəcə olaraq bir neçə günlüyə sürmək üçün verdiyini iddia edir. Ortada maşının satılmasına, pul ödənilməsinə dair hər hansı bir sənəd olmadığından, polisə günahsızlığınızı sübut edə bilmirsiniz”. 
Vəkil Ə.Mustafayev bu məsələdə qurban olan şəxslərin daha çoxunun qanundan məlumatsız olmasını dilə gətirərək, vətəndaşlara diqqətli olmaları üçün xəbərdarlıq edib: 

“Maşın alveriçilərinə etibarnamə ilə satış həyata keçirmək daha münasibdir, çünki onlar beləcə vergidən də yayınmış olurlar. Ona görə də vətəndaşlara tövsiyə edirik ki, hər hansı mülki almaq istəyirlərsə, hökmən notarial qaydada alqı-satqısını həyata keçirsinlər. Öz qanunlarından hökmən xəbərdar olsunlar ki, haqlı ikən, haqsız vəziyyətə düşüb cinayət məsuliyyətinə cəlb olunmasınlar”, - deyə o, bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO