Bakıda 4 avtomobil toqquşub, yaralananlar var

Bakıda 4 avtomobil toqquşub, yaralananlar var

Hazırda oxunan: Bakıda 4 avtomobil toqquşub, yaralananlar var

77849

Bakının Nizami rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, qəzaBabək prospektində qeydə alınıb.

“Hyundai” markalı maşının sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərkən əvvəlcə “Daewoo”, daha sonra “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində 4 avtomobil yararsız hala düşüb. ”Hyundai” markalı avtomobilin sürücüsü (hələlik ad və soyadı məlum deyil) və sərnişini Fərəcova Sarabəyim Rəhim qızı ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli Sabunçu xəstəxanasına yerləşdirilib. Əraziyə Nizami Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. 

Hadisənin dəqiq səbəbləri müşahidə kameralarının qeydə aldığı görüntülərə baxıldıqdan sonra məlum olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO