Gəncədə toyda bıçaqlananların sayı 3-ə çatdı - YENİLƏNİB

Gəncədə toyda bıçaqlananların sayı 3-ə çatdı - YENİLƏNİB

Hazırda oxunan: Gəncədə toyda bıçaqlananların sayı 3-ə çatdı - YENİLƏNİB

77825

Gəncə şəhərində toyda bıçaqlananların sayı 3-ə çatıb.

Bizim.Media xəbər verir ki, ər-arvadla bərabər Namiq Məmmədov da bıçaqlanıb.

O, özəl xəstəxanaların birinə yerləşdirilib. İlkin məlumata görə, hadisə mübahisə zamanı baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub.


23.06

Gəncədə toyda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Natəvan qəsəbəsində yerləşən "Min Bir Gecə" şadlıq saraylarında  qeydə alınıb.

Məlumata görə, toyda Şəfayət adlı kişi və onun həyat yoldaşı Rəna  müxtəlif bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onlara həkimlər tərəfindən dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO