Paytaxtda bu yollarda SIXLIQDIR - SİYAHI 

Paytaxtda bu yollarda SIXLIQDIR - SİYAHI 

Hazırda oxunan: Paytaxtda bu yollarda SIXLIQDIR - SİYAHI 

77475

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. 

Mərkəzdən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 

1. Bakı-Sumqayıt şossesi - Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər;

2. Binəqədi şossesi - Azadlıq prospekti metro stansiyasının yanından başlayaraq Biləcəri-Baksol yoluna qədər sıxlıq;

3. Moskva prospekti - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq; 

4. Rövşən Cəfərov küçəsi - 20 yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində; 

5. Ziya Bünyadov prospekti - Müzəffər Həsənov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq; 

6. Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində, eyni zamanda Ceyhun Səlimov küçəsi ilə kəsişmədən, Qələbə dairəsinə qədər olan hissəsində sıxlıq; 

7. Rəşid Behbudov küçəsi - Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq; 

8. Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməyədək sıxlıq; 

9. 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq; 

10. Heydər Əliyev prospekti - Koroğlu metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər əsas və kənar yolda sıxlıq; 

11. Abbasqulu ağa Bakıxanov küçəsi - İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq; 

12. Dilarə Əliyeva küçəsi - Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər sıxlıq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO