İraq və Suriyadan daha 13 nəfər ölkəyə gətirildi - RƏSMİ

İraq və Suriyadan daha 13 nəfər ölkəyə gətirildi - RƏSMİ

Hazırda oxunan: İraq və Suriyadan daha 13 nəfər ölkəyə gətirildi - RƏSMİ

77390

Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq, son günlərdə İraq və Suriyadan daha 13 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 2-si qadın, 11-i uşaqdır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, repatriasiya olunmuş şəxslərdən 11-i Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə, 2-si tibb müəssisəsinə yerləşdirilib.

Repatriantlara ilkin tibbi, sosial- psixoloji dəstək işlərinə başlanıb.

Ölkəyə qaytarılan vətəndaşlarımızın sosial re-inteqrasiyası və sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO