Pilot Rəşad Atakişiyevin doğum günüdür

Pilot Rəşad Atakişiyevin doğum günüdür

Hazırda oxunan: Pilot Rəşad Atakişiyevin doğum günüdür

7738

Bu gün Azərbaycanın mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.

Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. 

O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub.

O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini “Uçuş Mühəndisi” ixtisasına yiyələnərək, yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub.

Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi beş nəfərdən biri olmağı bacarıb.

2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

O, iyul ayının 24-ü plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.

20 avqust tarixində isə pilotun nəşi tapılıb. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilib.

Pilotun iki oğul övladı yadigar qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO