Sabirabadda qəza: Velosiped sürən 13 saylı uşağın vəziyyəti ağırdır

Sabirabadda qəza: Velosiped sürən 13 saylı uşağın vəziyyəti ağırdır

Hazırda oxunan: Sabirabadda qəza: Velosiped sürən 13 saylı uşağın vəziyyəti ağırdır

77291

Sabirabadda velosiped sürən uşağı avtomobil vurub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb.

Belə ki, 13 yaşlı Babayev Namiq Rafiq oğlu velosipedlə yolu keçmək istəyən zaman onu “Hyundai” markalı avtomobil vurub.

Qəza nəticəsində N. Babayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO