Ağsuda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Gözəl Ağsu” adlı kafenin qanunsuz olaraq fəaliyyət göstərdiyi məlum olub.
Obyektə baxış zamanı orada olan icarədar Heyran Məmmədovun və müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib.
17 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub, kafeni işlədən H.Məmmədov və digər 7 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:05 / 07.01.2021
"Gözəl Ağsu" gizli fəaliyyət göstərdi - FOTO
Hazırda oxunan: "Gözəl Ağsu" gizli fəaliyyət göstərdi - FOTO
Hazırda oxunan: "Gözəl Ağsu" gizli fəaliyyət göstərdi - FOTO
7728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.