Bu gün polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunub.
Narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilmişdir.
İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməmişdir.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:45 / 01.06.2022
Narkotikə görə saxlanılan şəxs polis şöbəsində öldü - DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Narkotikə görə saxlanılan şəxs polis şöbəsində öldü - DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Narkotikə görə saxlanılan şəxs polis şöbəsində öldü - DİN-dən AÇIQLAMA
77272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.