Mustafa Abbasbəyli: “Bəzi müasir peşələrə böyük kadr ehtiyacı var

Mustafa Abbasbəyli: “Bəzi müasir peşələrə böyük kadr ehtiyacı var"

Hazırda oxunan: Mustafa Abbasbəyli: “Bəzi müasir peşələrə böyük kadr ehtiyacı var"

77265

“Bu gün Azərbaycanda ən çox mütəxəssis tələb olunan sahələr üç yerə ayıra bilərik. Bu siyahıda ilk yeri təbii ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi tutur. Ikinci sırada hospitality adlandırdığımız turizmlə bağlı olan, xidmət sektoruna aid olan mütəxəssislərdir, üçüncü qrup isə kənd təsərrüfatı sahəsində olan mütəxəssislərdir ki, bu gün Azərbaycanın əmək bazarında onlara kifayət qədər ehtiyac var.

Ümumilikdə bizim gənclər, iş axtaranlarımız daha çox məntiqi təfəkkür, təhlil istiqamətli peşələrə sahib olsalar daha məqsədəuyğun olar. Çünki bu gün əmək bazarının əsas ehtiyacı məhz bu yöndədir".

Bu barədə Bizim.Media-nın yerli bürosuna açıqlamasında Gəncədə səfərdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İT üzrə peşə hazırlıqları həyata keçiriləcək


Onun sözlərinə görə, hazırda Azərbaycanın əmək bazarını təhlil etdikdə görünən odur ki, iş axtaranların sahib olduğu bəzi peşələrə artıq ehtiyac yoxdur. Amma bu gün qıtlıq olan müasir peşələr var ki, onlara böyük kadr ehtiyacı duyulur.

Sədr əlavə edib ki, Agentlik tərəfindən 175 aktual sahə üzrə təsdiq edilmiş peşələr var və bütün bu istiqamətlər üzrə gənclər hazırlanır və maarifləndirilir. Regionlarda təşkil olunan peşə festifalları da bu məqsədi daşıyır.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO