“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun İLK İCLASI

“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun İLK İCLASI

Hazırda oxunan: “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun İLK İCLASI

77251

Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli Fərmanının 1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupunun ilk iclası keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, səhiyyə sisteminin əsas iştirakçılarının qatıldığı iclası giriş sözü ilə səhiyyə naziri Teymur Musayev açaraq səhiyyə sektorunun davamlı inkişafının təmin edilməsinin ölkə rəhbəri möhtərəm cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu yaradıldı


Bu baxımdan, imzalanmış Fərmanda səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf etdirilməsi prioritet istiqamətlər olaraq müəyyən olunub.

Sonda tapşırıqların icrası məqsədilə hazırlanmış nəticəyönümlü Fəaliyyət Planı iclas iştirakçılarının diqqətinə təqdim edilmiş və növbəti iclasda Fərmanda nəzərdə tutulduğu kimi, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibdə əsas komponentlərin müzakirəsinə qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO