Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Hazırda oxunan: Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

77189

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 29-da keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib. 

Bizim.Media xəbər verir ki, imtahan nəticələri ilə buradan tanış olmaq mümkündür. 

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 14 843 bakalavrdan 203 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 1 nəfərin nəticələri ləğv olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO