“Karlson kimi damda yaşayıram” - Şeyx Əbdüldən Hacıbala Abutalıbova yeni İTTİHAMLAR

“Karlson kimi damda yaşayıram” - Şeyx Əbdüldən Hacıbala Abutalıbova yeni İTTİHAMLAR

Hazırda oxunan: “Karlson kimi damda yaşayıram” - Şeyx Əbdüldən Hacıbala Abutalıbova yeni İTTİHAMLAR

77186

“Əgər prezident səhərdən-axşama kimi vətəndaşların içində olursa, görüşürsə, bu dırnaqarası məmurlar kimdir ki, vətəndaşın şikayətinə baxmır?!”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov deyib.

İctimai-xadim Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun özbaşınalığı ucbatından öz evindən məhrum olaraq, hazırda damda yaşadığını bildirib:

“60 ildir ki, Azərbaycan mədəniyyətinə, kinosuna, mili ideologiyasına xidmət edirəm ictimai xadim və Xalq artistiyəm amma bu gün hər hansısa bələdiyyənin, icranın qəbuluna düşə bilmirəm. Öz haqqım olan evimdə yaşaya bilmək üçün süründürülürəm. Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən evim illər öncə “Qış parkı” salınarkən tələm-tələsik işin qurbanı oldu. Evimizin yanında 8-9 metr yer qazıb qaraj düzəltdilər nəticədə evim çökməyə başladı. Bu qanunsuzluğun başında Hacıbala Abutalıbov dayanır. Mənim burada heç bir günahım yoxdur. Çünki əlimdə 3 məhkəmə qətnaməsi: Rayon, Apelyasiya və Ali məhkəmənin qərarı var Hacıbala Abutalıbov isə bu qətnamələri heçə saydı. İndi də özü gedib oturub villasında kef edir amma dövlət mükafatçısı, xalq artisti olan şəxs damda, pis şəraitdə yaşayır belə haqsızlıq olarmı? Mən bu yaşmda ağsaqqal adamam bu problemi dilə gətirib özümü hörmətdən salmaq istəmirəm. Amma görürəm ki, səsimə səs verən, müraciətimə baxan yoxdur”.

Ə.Mahmudbəyov həmçinin məmur özbaşınalığına qarşı çıxaraq səlahiyyətli, yuxarı şəxslərdən məsələyə reaksiya gələcəyini də ümid edir.

“Mən hazırda Yasamal rayonunun Salatın Əsgərova küçəsi 87, mənzil 38-də çox şəraitsiz vəziyyətdə yaşayıram. Mən Prezident Administrasiyasına da müraciət etmişdim, çox sağ olsunlar ki, reaksiya verdilər. Lakin hələ də evlə bağlı problemim həll olunmur”, - deyən Ə.Mahmudbəyov ev probleminin həlli yolunda addımların atılmasını böyük səbrsizliklə gözlədiyini bildirib.

Araşdırmamız davam edəcək.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO