Sabah bu ərazilərdə dincəlmək pulsuz olacaq

Sabah bu ərazilərdə dincəlmək pulsuz olacaq

Hazırda oxunan: Sabah bu ərazilərdə dincəlmək pulsuz olacaq

77000

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında "açıq qapı" günü keçiriləcək.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqları ailə üzvləri ilə birgə təbiət qoynunda istirahət etməyə və təbiət gözəlliklərindən zövq almağa dəvət edirik. 

Onlar Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parkları ziyarət etməklə əsrarəngiz təbiət əraziləri ilə tanış ola və vaxtlarını səmərəli keçirə bilərlər.

Qeyd edək ki, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO