“Yol tikintisi və digər sosial infrastruktur layihələri dövlət büdcəsi hesabına icra olunur və uzun müddət xalqın rifahına xidmət edir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri 2021-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Azər Badamov səsləndirib.
“Lakin bəzi hallarda müəyyən layihələr keyfiyyətsiz icra olunduğu üçün qısa müddətdə yararsız vəziyyətə düşür. Belə hallar insanlarda xoşagəlməz fikir formalaşdırır. Dövlət büdcəsi hesabına həyata keçirilən layihələrə müvafiq orqanlar tərəfindən nəzarətin artırılmasını vacib hesab edirəm”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:19 / 31.05.2022
Deputat: "Dövlət layihələrinin keyfiyyətsiz icrası insanlarda xoşagəlməz fikir formalaşdırır"
Hazırda oxunan: Deputat: "Dövlət layihələrinin keyfiyyətsiz icrası insanlarda xoşagəlməz fikir formalaşdırır"
Hazırda oxunan: Deputat: "Dövlət layihələrinin keyfiyyətsiz icrası insanlarda xoşagəlməz fikir formalaşdırır"
76958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.