Göygöldə ağır yol qəzası - Avtomobil restoranın həyətinə aşdı - FOTO

Göygöldə ağır yol qəzası - Avtomobil restoranın həyətinə aşdı - FOTO

Hazırda oxunan: Göygöldə ağır yol qəzası - Avtomobil restoranın həyətinə aşdı - FOTO

76874

Göygöl rayonunun Topalhəsənli kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı "Qızl qaya" restoranının həyətinə aşıb. 

Qəza zamanı avtomobildə olan 1985-ci il təvəllüdlü Cəfərov Vüsal Namiq oğlu, 1985-ci il təvəllüdlü Mamedov Rac Yusif oğlu və 1974-cü il təvəllüdlü Qocayev Teyyub Ismayıl oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO