Hövsanda BMW sərnişin avtobusuna ÇIRPILDI – Xəsarət alanlar var

Hövsanda BMW sərnişin avtobusuna ÇIRPILDI – Xəsarət alanlar var

Hazırda oxunan: Hövsanda BMW sərnişin avtobusuna ÇIRPILDI – Xəsarət alanlar var

76855

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub.

Olayla bağlı Bizim.Media-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qəza iştirakçısı olan 132 nömrəli marşrut xəttinin Kral Transport şirkətinin istismarında olduğunu bildirib:

“Hadisədən məlumatımız var. Avtobus sürücüsünün məlumatına görə hadisə zamanı xəsarət alan olmayıb. Hazırda daşıyıcı şirkətin rəhbəri Araz Mirzəyev Agentliyə çağırılıb.

Tərəfimizdən də araşdırma aparılır. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO