Səhər yeməyi üçün ideal vaxt hansıdır? - MƏSLƏHƏT

Səhər yeməyi üçün ideal vaxt hansıdır? - MƏSLƏHƏT

Hazırda oxunan: Səhər yeməyi üçün ideal vaxt hansıdır? - MƏSLƏHƏT

76829

"Səhər yeməyi məcburidir. Çünki insanların əksəriyyətində metabolik proseslər məhz səhər başlayır. Səhər yeməyi isə gün ərzində metabolik proseslərə təsir edir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Moskva 24” portalına müsahibəsində diyetoloq Yelena Solomatina səsləndirib.

Diyetoloqun fikrincə “Səhər yeməyinin oyandıqdan dərhal sonra deyil, orta hesabla 40 dəqiqədən sonra qəbul etmək arzuolunandır.

Əgər bir insan güclü bir aclıq hissi ilə oyanırsa və həqiqətən yemək istəyirsə, ayrılmış vaxtı gözləmiyə bilər, bunda qəbahət yoxdur. Lakin, məsləhət deyil”.

Solomatina səhər yeməyində yulaf əzməsindən, qarabaşaq yarmasından və ya yumurtadan istifadəni məsləhət görür.

Bu yeməkləri sevməyənlər və ya onlarla qane olmayanlar sendviç də qəbul edə bilərlər. Buğda və ya çovdar çörəyindən hazırlanan sendviçi bir parça toyuq və ya balıq ilə hazırlamaq daha yaxşı olar. Təbii ki, bolqar bibəri və kahı kimi tərəvəzlər də əlavə edilməklə.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO